1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Gender problemləri və Media” mövzusunda beynəlxalq seminar
05.05.2017 / No16

 
 
 

 

 


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində 2-3 may tarixlərində keçirilən “Gender problemləri və Media” mövzusunda 2 günlük beynəlxalq seminar başa çatıb.
Yerli və beynəlxalq ekspertlərin təlimçi qismində iştirakı ilə keçirilən seminarın əsas məqsədi media tərəfindən gender problemlərinin, məişət zorakılığı məsələlərinin işıqlandırılması və bu sahələr üzrə Avropa İttifaqı təcrübəsinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarət olub.
İki gün davam edən seminarda yerli və xarici mütəxəssislər gender bərabərliyi mövzusunda müxtəlif məsələlərlə bağlı məruzə ediblər.
Seminarın sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək bildirib ki, cəmiyyətdə gender məsələləri ilə bağlı problemlərin həll olunması istiqamətində birgə fəaliyyətin aparılmasına ehtiyac vardır. “Dünyada bu problemlərlə məşğul olan media nümayəndələri gender media birlikləri yaradıblar. Azərbaycanda jurnalistlərin belə bir birlik yaratmaq təşəbbüsü olarsa, biz onları dəstəkləməyə hazırıq”, - deyə sədr müavini bildirib.
Sonda iştirakçılara Komitə tərəfindən sertifikatlar təqdim olunub.

yuxarı ⤴