1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
ADPU-da “Dayanıqlı inkişaf və təhsil” mövzusunda seminar keçirilib
05.05.2017 / No16

 
 

 

 


Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Dayanıqlı inkişaf və təhsil” mövzusunda seminar keçirilib. Seminarda ADPU-nun rəhbərliyi, Rusiya Dayanıqlı və Qlobal İnkişaf İnstitutunun direktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının və Rusiya Ekologiya Akademiyasının həqiqi üzvü, professor Nizami Məmmədov, universitetin fakültə dekanları, kafedra müdirləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov seminarın çox aktual bir mövzuya həsr olunduğunu bildirib. Qeyd edib ki, seminarın keçirilməsində məqsəd müzakirə olunacaq sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilib tətbiq edilməsidir. Dayanıqlı inkişaf məhz bir sıra vacib məqsədlərin həyata keçirilməsinə xidmət edir. Bu məqsədlərin həyata keçirilməsi isə sistemli, koordinasiya və inteqrasiya olunmuş fəaliyyət yolu ilə kompleks tədbirlərin gerçəkləşməsini vacib vəzifə kimi qarşıya qoyur. Hazırda dayanıqlı inkişaf dünya ictimaiyyətinin ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Bu prosesdə dövlət, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, kommersiya strukturlarının, eləcə də təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Rektor çıxışında belə seminarların daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayıb.
Seminarda tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov “Dayanıqlı inkişaf: qlobal və milli aspektlər”, Rusiya Dayanıqlı və Qlobal İnkişaf İnstitutunun direktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının və Rusiya Ekologiya Akademiyasının həqiqi üzvü, professor Nizami Məmmədov slayd vasitəsi ilə “Dayanıqlı inkişaf mədəniyyətinin formalaşdırılması dayanıqlı inkişafa keçid kimi” mövzularında məruzələrlə çıxış ediblər.
Səmərəli və işgüzar keçən seminarda professor Əzizxan Tanrıverdi, professor İramin İsayev, dosent Razim Abdurazaqov, dosent Zahirəli Sadıxov və başqaları çıxış edərək maraqlı və dəyərli fikirlər səsləndiriblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirə yekun vuraraq seminar iştirakçılarına fəaliyyətlərini davamlı inkişafın məqsəd və hədəflərinə uyğun qurmağı tövsiyə edib.
 

yuxarı ⤴