1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






AzTU-nun vyetnamlı məzunları doğma universitetdə
05.05.2017 / No16

 
 
 

 

 


Azərbaycan Texniki Universitetinin (AzTU) 1983-cü ildə məzun olan vyetnamlı tələbələri doğma universitetlərində olublar.
Qonaqları qəbul edən universitetin rektor əvəzi Xalıq Yahudov müasir AzTU haqqında geniş məlumat verib. 1978-1983-cü illərdə təhsil alan və sonradan öz ölkələrinə qayıdan qonaqlara doğma universitetlərini unutmadıqları üçün təşəkkür edən Xalıq Yahudov qeyd edib ki, AzTU-nun qapıları məzunlarının üzünə hər zaman açıqdır.
Daha sonra qonaqlar universitetlə bağlı xatirələrini yada salıb, AzTU-da öyrəndiklərindən, yiyələndikləri bilik, bacarıqlardan danışıblar. Söhbət zamanı qonaqlar bildiriblər ki, Azərbaycandan getdikdən sonra Vyetnamda öz aralarında bir qrup formalaşdıraraq mütəmadi görüşlər keçiriblər. Onlara mehriban, bir-birlərinə qarşı qayğıkeş olmağı öyrədən müəllimlərini heç vaxt unutmadıqlarını deyən məzunlar öz ölkələrində daim Azərbaycan mədəniyyətini təbliğ etdiklərini bildiriblər.
Daha sonra vyetnamlı məzunlar universiteti gəzib, burada yaradılan yeni şəraitlə tanış olublar. Müxtəlif laboratoriyalara baxış keçirən məzunlar AzTU-nun təmirdən sonra da öz əsrarəngiz memarlığını saxladığını, bununla belə universitetin özündə böyük maddi-texniki bazanın formalaşdığını vurğulayıblar.
 

yuxarı ⤴