1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





FameLab layihəsinin final mərhələsi keçirilib
05.05.2017 / No16

 
 

 

 


Bakı Mühəndislik Universitetində elm ilə məşğul olan şəxslərdə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaradan FameLab müsabiqəsinin final mərhələsi keçirilib. Yarışın qaydalarına əsasən final mərhələsində 10 nəfər mübarizə aparıb.
Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə rəhbərlik adından tədbir iştirakçılarını salamlayıb. Universitetin layihəni dəstəklədiyini, yarışmanın keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib, final mərhələsində yarışacaq gənclərə uğurlar arzulayıb.
“British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt tədbirdə iştirakdan məmnun olduğunu və təşkilati dəstək üçün Bakı Mühəndislik Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycanın seçdiyi qalibin İngiltərədə uğur qazanacağına ümid etdiyini vurğulayıb.
FameLab yarışmasının Azərbaycan üzrə koordinatoru Sevil İmanova 6-7 ölkənin iştirakı ilə başlayan, hazırda 35 ölkənin iştirak etdiyi, 10 ildir davam edən beynəlxalq layihənin ölkəmizdə 6-cı ildir keçirildiyini diqqətə çatdırıb. Layihə koordinatoru qalibin müəyyən olunmasında münsiflərlə yanaşı auditoriyanın da iştirak edəcəyini açıqlayıb.
Münsiflər iştirakçıların potensialından, onlara verilmiş təlimdən, səhnədə sərbəst və elmi tərəfi önə çəkməli olduqlarından və burada qazanacaqları təcrübənin onların həyatında mühüm rolu olacağından danışıblar.
Əməkdar artist Yaqub Zurufçunun iştirakı yarışmaya xüsusi rəng qatıb. Ürək sözlərini bildirən sənətçi Azərbaycanı sevməyi və ölkəmizin uğurları üçün elmli olmağı tövsiyə, ifa etdiyi mahnıları ilə finalçıları təbrik edib.
Elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışması olan Şöhrət Laboratoriyasının builki qalibi Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli seçilib. O, ölkəmizi Böyük Britaniyanın Çeltenham Elm Festivalında təmsil etmək hüququ qazanıb.
2-ci yerə Bakı Dövlət Universitetinin tələbəsi Cəmil Ağasiyev , 3-cü yerə isə AMEA-nın Zoologiya İnstitutunun nümayəndəsi Günay Qasımova layiq görülüblər.
Digər finalçılar da təşkilatçılar tərəfindən mükafatlandırılıb. Bu il yenilik olaraq auditoriyanın seçdiyi qalib müəyyən olunub və mükafatlandırılıb. “ Auditoruyanın rəğbəti” mükafatını da 1 yerə layiq görülmüş Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli qazanıb.
 

yuxarı ⤴