1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





SABAH qruplarının tələbələri “Azercell”də təcrübə keçəcəklər
05.05.2017 / No16

 
 

 

 


Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində bu qrupların tələbələri üçün “Yay Tələbə Təcrübə Proqramı” elan edilib.
Proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir. “Yay Tələbə Təcrübə Proqramı”na qoşulmaq istəyən SABAH qruplarının 3-cü və 4-cü kurs tələbələri mayın 8-dək müraciət edə bilərlər.
Seçilən SABAH tələbələri iyulun 1-də başlayacaq proqram çərçivəsində “Azercell Telekom”da 2 ay təcrübə keçmək şansı əldə etməklə nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, SABAH qruplarının “Azercell Telekom”la əməkdaşlığı çərçivəsində təqaüd proqramı üzrə elan olunmuş yerlərin 50 faizi SABAH qrupları tələbələri üçün ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub.
Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün “Azercell Plaza”ya tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz brendini yarat” mövzularında qısa sessiyalar təşkil olunub. Həmçinin İnsan qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər.
SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.
Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.
 

yuxarı ⤴