1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Mahrızlı kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatıb
05.05.2017 / No16

 
 
 

 

 


Ağdam rayonunun cəbhə xəttində yerləşən Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində aparılan əsaslı təmir işləri başa çatıb. Rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanovadan aldığımız məlumata görə, 280 şagird yerlik məktəb binasının dam örtüyü yenilənib, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilib. Divarlar suvanaraq rənglənib, elektrik xətti çəkilib, sanitar qovşaq tikilib, istilik və müşahidə sistemləri qurulub. Məktəbdə fənn kabinetləri və laboratoriyalar yaradılıb.
Məktəbin həyətində abadlıq işləri aparılıb. Yerə tamet döşənib, yaşıllıqlar salınıb.
Təhsil ocağı yaxın günlərdə müəllim və şagirdlərin istifadəsinə veriləcək.

yuxarı ⤴