1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
05.05.2017 / No16

 
 
 

 

 


Şabran rayon P.İdrisov adına Ağbaş kənd tam orta məktəbində Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub.
Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Əhmədova Molla Pənah Vaqifin poeziya dünyası, nadir yaradıcılıq üslubu, diplomatik təcrübəsi, bölgədəki ictimai-siyasi proseslərə təsir imkanları, saraydaxili münasibətlərdə ədalətli və qətiyyətli mövqeyi barədə danışıb. Bildirib ki, Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət lirikası, dünyəvi gözəllik əsas yer tutur. O həmçinin, böyük şairin öz ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını, onun bənzərsiz poeziya nümunələrinin ədəbiyyatımızın yeni istiqamətdə inkişafına böyük təsir göstərdiyini söyləyib.
Tədbirdə şagirdlər M.P.Vaqifin şeirlərini səhnələşdirib, onun yaradıcılığından qəzəl, təcnis, müxəmməs və qoşmalar söyləyiblər.

Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴