1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Şəhid Anar Mürsəlovun xatirəsi anılıb
05.05.2017 / No16

 
 
 

 

 


Daşkəsən şəhər 2 nömrəli tam orta məktəbdə şəhid Anar Mürsəlovun anım mərasimi keçirilib. Anım tədbirində məktəb rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhidin büstü önünə gül dəstələri qoyublar. Məktəbin direktoru Aybəniz Vəliyeva çıxış edərək şəhidliyin müqəddəs olmasını, şəhidlərin xalqın qəlbində hər zaman xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Anar Mürsəlov bu gün də həyatda özünə elə bir ad qazanıb ki, bu adla əbədi olaraq yaşayacaq.
Tədbirdə şəhidin keçdiyi həyat yolu haqqında geniş məlumat verilib və onunla bağlı xoş xatirələr yada salınıb. Tədbirin sonunda məktəbin şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim ediblər.

Mikayıl MİKAYILLI,
Daşkəsən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴