1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğuna ekskursiya təşkil edilib
05.05.2017 / No16

 
 

 

 


Ağstafa rayonu Həsənsu kənd tam orta məktəbinin müəllim kollektivi və 6-cı sinif şagirdləri ölkəmizin maddi-mənəvi dəyəri olan Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğuna təşkil edilmiş ekskursiyada iştirak ediblər.
Ekskursiyanın təşkil edilməsində məqsəd məktəbliləri tarixi yerlər, qədim memarlıq abidələri ilə tanış etmək, rayonu daha yaxından tanıtmaq olub.
Şagirdlər öncə İlham Əliyev zirvəsi ilə tanış olublar. Daha sonra Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən mağara-məbədlər kompleksini ziyarət ediblər. Qoruğun əməkdaşları şagirdlərə mağara-məbədlər kompleksi haqqında məlumat veriblər.
Qeyd edilib ki, Keşikçidağ mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km. məsafədə, Böyük Kəsik kəndindən 28 km. şimal istiqamətində yerləşir. Kom-pleks sərhəd zolağı boyunca 25 km.-dək uzanır. “Keşikçidağ” mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 km. şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750-950 m. hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴