1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
İngilis dilindən inşa müsabiqəsinin qalibi olan Şəmkir məktəblisi mükafatlandırılıb
05.05.2017 / No16

 
 
 

 

 


Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində icma üzvləri arasında təşkil olunan ingilis dilindən inşa müsabiqəsinin qalibi mükafatlandırılıb. Müsabiqənin keçirilməsinin əsas məqsədi icmalarda dərs alan şagirdlərin ingilis dili bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Qeyd edək ki, müsabiqədə Şəmkir, Tovuz, Ağstafa, Samux, Goranboy rayonunun icma üzvləri iştirak ediblər. 61 icma üzvünün iştirak etdiyi müsabiqədə 3 nəfər 1-ci yerə layiq görülüb və onlardan biri də Şəmkir rayonunu təmsil edən məktəbli Cəvahir Hacıyevadır.
Əsas təşkilatçılardan olan BP müsabiqə qalibi Zəyəm qəsəbə Səlahəddin Məmmədov adına tam orta məktəbin şagirdi Cəvahir Hacıyevaya hədiyyələrini təqdim edib. Təqdimatda rayon təhsil şöbəsinin əməkdaşı, Zəyəm icra nümayəndəliyi, bələdiyyə sədri, müsabiqə iştirakçıları, müəllimlər və valideynlər iştirak ediblər.

Kənan İBRAHİMOV,
Şəmkir Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴