1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Şagirdlər İslam ölkələrinin nağıllarını səhnələşdirəcəklər
05.05.2017 / No16

 
 
 

 

 


Abşeron rayon ümumtəhsil məktəblərində “Nağılları yaşadaq” adlı nağıl müsabiqəsinin rayon mərhələsi başlanılıb. Müsabiqə Abşeron Rayon Təhsil Şöbəsi, Mədəniyyət və Turizm Nazirliyinin, Firidun bəy Köçərli adına Respublika uşaq kitabxanasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihənin keçirilməsində əsas məqsəd kitab mədəniyyətinin təbliği, dünya uşaq ədəbiyyatı nümunələrinin daha aydın şəkildə geniş oxucu kütləsinə çatdırılması və ona marağın yaradılmasıdır.
Layihə çərçivəsində məktəblərin IV-VI sinif şagirdləri İslam dövlətlərinin nağıllarını səhnələşdirəcəklər. Müsabiqənin rayon üzrə final mərhələsi mayın 21-də keçiriləcək.
Məlumat üçün bildirək ki, layihəyə Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbdə start verilib. Məktəbin şagirdləri “Yetim İbrahim” nağılını səhnələşdiriblər.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴