1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Olimpiadanın bürünc medalına layiq görülmüş biləsuvarlı şagird
05.05.2017 / No16

 
 
 

 

 


Biləsuvar rayon Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Rahidə Rahib qızı Hacılı biologiya fənni üzrə olimpiadanın Respublika mərhələsində bürünc medala layiq görülüb.
Məktəbin direktoru, əməkdar müəllim Firudin Hüseynovdan aldığımız məlumata görə, Rahidə Hacılı 2000-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində ziyalı ailəsində dünyaya gəlib. O, 2006-cı ildə Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub. Hazırda məktəbin 11-ci sinfində təhsil alır. Rahidə təhsil aldığı müddətdə əlaçı şagird olmaqla yanaşı, istedadı ilə digər yoldaşlarından fərqlənir. O, aprelin 22-də Respublika fənn olimpiadalarının ölkə mərhələsinin qaliblərindən biri olmaqla özünü bir daha sübut etdi. Direktor F. Hüseynov onu da əlavə etdi ki, şagirdimizin bu cür uğur qazanmasında məktəbin biologiya müəllimləri Sevinc Hacıyeva və Elyar Əliyevin böyük əməyi var.


Şakir CƏFƏROV

yuxarı ⤴