1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Pedaqogika” kitabının təqdimatı olub
05.05.2017 / No16

 
 
 

 

 


Nuray ƏSGƏROVA

“Naxçıvan” Universitetinin Kitabxanasında pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyevin “Pedaqogika” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq yeni işıq üzü görən dərs vəsaitinin məziyyətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ali məktəb tələbələri, doktorantları və müəllimləri üçün nəzərdə tutulmuş bu dərs vəsaiti ümumi pedaqogika üzrə nəzəri biliklər və müasir təcrübənin ən yeni nailiyyətləri nəzərə alınaraq tərtib olunub. Kitab akademik pedaqogika elminin sisteminə uyğun olaraq “Pedaqogikanın ümumi əsasları”, “Didaktika”, “Tərbiyə nəzəriyyəsi” və “Məktəbşünaslıq” bölmələrindən ibarətdir. Pedaqogikanın nəzəri problemlərini və praktik pedaqoji nailiyyətləri əhatə edən dərs vəsaitində mühazirələr pedaqogika elminin klassik bölmələrinin ardıcıllığı ilə tərtib edilib. Kitabda öyrəniləcək materialların əsas mahiyyətinin sadə, elmi dəqiqliklə verilməsi, tələbələrin pedaqoji bilikləri dərindən mənimsəməsinə kömək göstərəcək.
Sonra Pedaqogika və psixolgiya kafedrasının müəllimi, pedaqoji elmlər doktoru Vahid Rzayevin, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayevin, “Naxçıvan” Universitetinin kitabxana müdiri Aypara Behbudovanın, idarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin, “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr Lalə Qarayevanın kitabla bağlı fikirləri dinlənilib.
 

yuxarı ⤴