1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Yazıçı ilə görüş
05.05.2017 / No16

 
 

 

 


Şakir CƏFƏROV

Mayın 2-də Bakıdakı 14 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərin millət vəkili və yazıçı Aqil Abbasla görüşü olub. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.
Öncə Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Hürzad Verdizadə yazıçı haqqında fikirlərini iştirakçılarla bölüşüb. Sonra yazıçının “Dolu”, “Qarda açan qan çiçəyi”, “Allahı qatil edənlər” əsərlərindən söhbət açılıb və fraqmentlər nümayiş etdirilib. 10 “b” sinif şagirdləri Tamerlan Babayev, Elşən Babayev, Anar Zamanov, Rəşid Məmmədov, Rəşid Rzayev “Qarda açan qan çiçəyi” povestindən bir səhnəcik nümayiş etdiriblər. 5,6,7 və 8-ci sinif şagirdləri Aqil Abbasın şeirlərindən söyləyiblər. 6 “b” sinif şagirdi Böyükkişi Əsgərov məktəbin musiqi müəllimi Xanım Zeynalovanın A.Abbasın “Çiçəkləri ayaq altına atmayın” şeirinə bəstələdiyi mahnını ifa edib.
Sonda yazıçı şagirdləri maraqlandıran sualları cavablandırıb.

yuxarı ⤴