1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Bir günəşin zərrəsiyik” mövzusunda ikinci beynəlxalq şagird konfransı
05.05.2017 / No16

 
 

 

 


Rəşad ZİYADOV

Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyliyi İli”nə həsr edilən “Bir günəşin zərrəsiyik” mövzusunda ikinci beynəlxalq şagird konfransı öz işinə başlayıb.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Tədbirdə Azərbaycanın bütün bölgələrindən - Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şirvan, Şamaxı, İsmayıllı, Zaqatala, Xocavənd, Ağdaş, Abşeron, Cəbrayıl, Qəbələ, Oğuz, Şəmkir və Astaradan məktəblilər iştirak edirlər. Konfransa, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Misir, Ukrayna və Türkmənistandan da məktəblilər qatılıblar.
Dövlət himni ifa olunduqdan sonra konfransı açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda gənc nəslin inkişafındakı xidmətlərindən danışıb. O, ulu öndərin məktəblilərə qayğısından və sevgisindən söhbət açıb. Azərbaycanın multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini diqqətə çatdıran icraçı direktor dövlətimizin başçısının 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin də təsadüfi olmadığını vurğulayıb: “Bilik Fondu bu istiqamətdə ölkə daxilində və xaricdə silsilə maarifləndirici tədbirlər həyata keçirir. İkinci beynəlxalq şagird konfransı da bu silsilədəndir. Şagirdlərin birinci beynəlxalq konfransından fərqli olaraq builki tədbirdə şagirdlərin məruzələri toplu şəklində çap edilərək onlara paylanılıb. Konfransa ölkəmizin 17 bölgəsindən 70-dək məktəbli, ümumilikdə isə 81 iştirakçı qatılıb. Tədbirə Azərbaycan dilində 52, ingilis dilində 10, rus dilində 16, türk dilində bir məqalə təqdim olunub”.
Məktəblilərin elmə həvəslərinin artırılması baxımından konfransın əhəmiyyətini qeyd edən AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə vurğulayıb ki, tədbir şagirdlərin alimlərlə birbaşa ünsiyyətdə olmalarına şərait yaradır. Buna görə də bu cür konfransların ənənə halını alması çox vacibdir.
Tədbirdə iştirak edən Rumıniyanın Yassı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Lyudmila Bejenaru konfransda bir sıra beynəlxalq müsabiqələrin qalibi olan şagirdlərin iştirakını yüksək qiymətləndirib. O, konfransın müxtəlif ölkələrin istedadlı şagirdlərinin bir araya gəlmələri, dünyagörüşlərinin artırılması baxımından böyük əhəmiyyət daşıdığını deyib.
Sonra Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrdən olan məktəblilər çıxış edərək bu cür konfransların onların həyatında mühüm rol oynadığını vurğulayıb, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
 

yuxarı ⤴