1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Cırtdan və dostları” adlı nağıl-tamaşa
05.05.2017 / No16

 
 
 

 

 


 Aprelin 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cırtdan və dostları” adlı nağıl-tamaşa keçirilib. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi uşaqların ədəbiyyata, folklorumuza, xalq nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır. “Çiçəyim” uşaq teatr studiyasının balaca aktyorlarının, “Azəri inciləri” rəqs kollektivinin qruplarının bir-birindən maraqlı səhnəcikləri nümayiş olunub.
Tədbirdə Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, xalq rəssamı Arif Hüseynov, “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova, uşaq yazarları Sevinc Nuruqızı, Solmaz Amanova və başqaları iştirak ediblər.
 

yuxarı ⤴