1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Paytaxt təmsilçiləri bürünc medal qazanıblar
05.05.2017 / No16

 
 

 

 


Paytaxtın müəllim və şagirdləri “İnfomatrix 2017” beynəlxalq kompüter layihələri yarışından medalla qayıdıblar.
Yarış 27 aprel-1 may 2017-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilib. Yarış peşəkarlığın inkişaf etdirilməsinə, həmçinin müxtəlif ölkələrdən tələbə və müəllimlərin layihəyə cəlb olunaraq beynəlxalq dialoqun və əməkdaşlığın yüksəlməsinə xidmət edir.
Beynəlxalq dərəcəli yarışda dünyanın 56 ölkəsindən gəlmiş nümayəndələr iştirak edib. Layihə 5 nominasiya (proqramlaşdırma, kompüter incəsənəti, robotlaşma, proqram təminatı, qısametrajlı film) üzrə keçirilib.
Bakı şəhəri 251 nömrəli məktəbin müəllim və şagirdləri “Qısametrajlı film” nominasiyası üzrə “Ailə dramı” filmi ilə yarışa qatılıb. Nəticədə, məktəbin şagirdləri Cavad Cəbrayılov, Xanım Zeynalova və onları yarışa hazırlayan informatika müəllimi Natəvan Feyzullayeva bürünc medala layiq görülüblər.
 

yuxarı ⤴