1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Respublika şahmat festivalı başa çatıb
05.05.2017 / No16

 
 

 

 


“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının final yarışlarına yekun vurulub.
Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən yarışlara 400-ə yaxın şagird qatılıb. Şəxsi komanda xarakteri daşıyan yarışlar İsveçrə sistemi üzrə keçirilib, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olub.
Komanda hesabında I yeri Nərimanov, II yeri Ucar, III yeri Suraxanı rayonlarının məktəbliləri tutub.
Siniflər üzrə oğlan və qızlar arasında və komanda hesabında qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə, fərqlənən şahmatçılar diplomla təltif olunub.
Qeyd edək ki, festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan beş yüzə yaxın pilot məktəbdən üç min nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb.
 

yuxarı ⤴