1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Taekvando üzrə yığmamız “Prezident kuboku” yarışında 8 medala sahib olub
05.05.2017 / No16

 
 
 

 

 


Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Taekvando Federasiyasının “Prezident kuboku” yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın son iki günündə taekvandoçularımız komandamızın aktivinə 1 qızıl, 2 gümüş və 1 bürünc, ümumilikdə, dörd medal əlavə ediblər.
Yeniyetmələr arasında mübarizə aparan Ofeliya Allahverdiyeva (41 kq) rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklərdən ibarət yığma komandamızın üzvü Qaşım Maqomedov (54 kq) və Radik İsayev (87 kq) finala vəsiqə qazansalar da həlledici döyüşdən məğlub ayrılaraq gümüş medala layiq görülüblər. Sina Bahrami (68 kq) isə yarışı yarımfinal mərhələsində başa vurub və bürünc medalla kifayətlənib.
Beləliklə, 51 ölkədən 2 min 182 taekvandoçunun iştirak etdiyi ikinci “G2” kateqoriyalı “Prezident kuboku” yarışında millimizin idmançıları uğurlu çıxış edərək iki qızıl, iki gümüş və dörd bürünc, ümumilikdə, səkkiz medala sahib olublar. Turnirdə mükafatçılar sırasında yer alan idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olublar.
Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və eləcə də baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov, Məmməd Abdullayev, Səbuhi Zülfüqarov, böyük məşqçilər Rəşad Əhmədov və Zahid Məmmədovun rəhbərliyi ilə turnirə yollanan millimiz mayın 2-də Vətənə qayıdıb.
 

yuxarı ⤴