1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Güləşçilərimiz İzmirdən 5 medalla qayıdıblar
05.05.2017 / No16

 
 
 

 

 


İzmirdə Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında 20-ci beynəlxalq turnir keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Turnirdə yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak ediblər. Təmsilçilərmiz turniri 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Bütün rəqiblərindən üstün olan Şahanə Nəzərova (38 kq) və Ayşən Yusifova (40 kq) turnirin qızıl medalını qazanıblar. Turnirdə 49 kiloqram çəkidə mübarizə aparan Sevinc Əhədova gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Yasəmən Məcidli (43 kq) və Jalə Əliyeva (56 kq) qazandırıblar. Məlumat üçün bildirək ki, böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yığma komandamızın 10 üzvü aprelin 21-dən Bursada Türkiyə yığması ilə birgə təlim-məşq toplanışında iştirak edib.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib.

yuxarı ⤴