1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bədii gimnastika üzrə yarışlara yekun vurulub
05.05.2017 / No16

 
 
 

 

 


Aprelin 30-da Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılıb.
Fərdi yarışlarda rusiyalı gimnastlar Aleksandra Soldatova topla, Arina Averina halqa ilə, israilli Viktoriya Vaynberq-Filanovski gürzlərlə, Bolqarıstan gimnastı Neviana Vladinova isə lentlə hərəkətlərdə qızıl medala sahib olublar. Qrup komandalarının yarışında 5 halqa ilə çıxışda İtaliya millisi, 3 top və 2 iplə mübarizədə isə ukraynalı gimnastlar birinci olublar.
Turnirdə 21 ölkədən 94 gimnast mübarizə aparıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə, ümumilikdə, 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edib.
 

yuxarı ⤴