1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Elm xəbərləri
05.05.2017 / No16

 
 
 

 

 


“Facebook”da virtual reallıq sistemi


Yusif ƏLİYEV

Ötən il “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq şirkətin virtual reallıqla bağlı planlarını açıqlamışdı. Artıq şirkətin eyni zamanda birdən çox dostla ünsiyyət qurmaq və əylənməyə imkan verən “Spaces” xidməti istifadəyə verilib.
www.hi-news.ru  saytının məlumatına görə, bu xidmət hələ ki, beta-versiyada və yalnız “Oculus Rift” şlemi “Oculus Touch” kontrolleri istifadə olunduqda işləyir. Xidmət istifadəçinin “Facebook”dakı şəkillərinə əsasən onun avatarını yaratmağın bir neçə variantını təklif edir. O, hər bir istifadəçiyə məzəli cizgi film personajı şəklində öz unikal 3D-avataranı yaratmağa imkan verir. Burada istifadəçilər dostları ilə ünsiyyət qura, “Facebook Messenger” vasitəsilə tanışlarına zəng edə, musiqi dinləyə, müxtəlif obyektlərin rəsmini çəkə, panorama filmlərə baxa, hətta virtual selfi-çubuğun köməyi ilə şəkillər çəkə bilərlər.
“Spaces” yaradıcıları iddia edirlər ki, hazırda xidmətdə planlaşdırılmış imkanların yalnız 1 faizi reallaşdırılıb.
Qeyd edək ki, “Oculus Rift” dəsti və əlavə aksessuarların dəyərinin yüksək olması onun mənfi cəhətlərindən hesab olunur. Bu dəst “HTC Vive” və “PlayStation VR”dan sonra satışların sayına görə üçüncü yerdə dayanır.


Kiberidmançılar Asiya oyunlarında iştirak edəcəklər


Asiya Olimpiya Şurası 2022-ci ildə Çinin Xançjou şəhərində keçiriləcək Asiya oyunları proqramına kiberidmanı daxil edib.
www.nplus1.ru  saytının məlumatına görə, Asiya oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Asiya Olimpiya Şurası tərəfindən 4 ildən bir təşkil edilən idman tədbiridir. Oyunların proqramına ənənəvi idman növləri daxildir.
Kiberidmançılar 2022-ci ildə Asiya oyunlarının tamhüquqlu iştirakçıları olacaq və tutulmuş yerlərdən asılı olaraq medallar qazanacaqlar. Şura nümayəndələrinin sözlərinə görə, proqrama kiberidmanı daxil etmək qərarı yeni formatlı idman tədbirlərinin populyarlığının artması ilə əlaqədardır. Hələ ki, hansı kompüter oyunları və janrlarının proqrama daxil ediləcəyi məlum deyil.
Kiberidman 2018-ci ildə İndoneziyanın paytaxtı Cakartada keçiriləcək Asiya oyunları çərçivəsində də təqdim ediləcək. Lakin rəsmi proqrama daxil olmayan nümayiş yarışları olacaq. Həmçinin kiberidmançılar 2017-ci il Asiya oyunlarında döyüş sənəti üzrə yarışlarda iştirak edəcəklər.


İnsanın düşüncələrini oxuyan qurğu


Yaponiyanın Toyohaşi Texnoloji Universitetinin mütəxəssisləri insanın düşüncələrini oxuyan qurğu hazırlayıblar. Yeni ixtira 0-dan 9-dək rəqəmləri 90 faiz, yapon dilində bəzi hecaları isə 61 faiz dəqiqliklə tapa bilir.
www.dni24.com  saytının məlumatına görə, göstəricilərinin o qədər də yüksək olmadığını etiraf edən mütəxəssislər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar. Qurğu insanın sözləri tələffüz etdiyi zaman yaranan beyin dalğalarını skan edən elektroensefaloqramların iş prinsipi əsasında işləyir. Sonrakı mərhələdə beyin fəaliyyəti nəticəsində yaranan dalğaların analizi sayəsində insanın fikirləşdiyi söz və cümlələri qabaqcadan deyə bilir.
Alimlərin sözlərinə görə, qurğu müxtəlif xəstəliklər və ya bədbəxt hadisələr nəticəsində nitq qabiliyyətindən məhrum olmuş insanlara kömək edəcək. Onun təkmilləşdirilmiş versiyası cari ilin sonunda təqdim olunacaq.

İKT.az  saytının materialları əsasında

yuxarı ⤴