1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində və körpələr evində olub
07.05.2016/№17

 


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub. Daun sindromlu uşaqlarla görüşən Leyla Əliyeva mərkəzdə yaradılmış reabilitasiya kurslarının gedişi ilə maraqlanıb.
Xatırladaq ki, 2013-cü ildən fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Mərkəzdə müxtəlif fənlər üzrə məktəbəqədər hazırlıq kursu, kompüter, loqoped, valideyn otaqları, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada, həmçinin heykəltəraşlıq, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir.
Dərnəklər və əyləncə otaqları, hazırlıq kurslarında olan Leyla Əliyeva Mərkəzin “Dəcəllər” teatrının hazırladığı tamaşaya baxıb.
Heydər Əliyev Fondu yarandığı gündən sosial və səhiyyə sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Bu proqramların əsas məqsədi uşaqlar, o cümlədən dəstəyə ehtiyacı olan hər bir şəxsin cəmiyyətə inteqrasiyasına yardım göstərməyə yönəlib. Heydər Əliyev Fondu, həmçinin valideyn himayəsindən məhrum olan uşaqlara dəstək proqramları reallaşdırır. Bu çərçivədə davamlı və müntəzəm görülən işlər ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitinin yaradılmasına, uşaq evləri və internat məktəblərində uşaqların sosial qayğıları və istirahətlərinin təminatına, təhsilin yüksəldilməsinə xidmət edir.
Bu baxımdan Heydər Əliyev Fondunun əməkdaşları mütəmadi olaraq uşaq evləri və internat məktəblərində olur, artıq bir ailə kimi doğmalaşan körpələrlə, yeniyetmələrlə vaxt keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti dəfə Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olaraq, burada tərbiyə alan balaca sakinlərə baş çəkib. Bu körpələr evi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək 2015-ci il mayın 10-da yenidən istifadəyə verilib. Binanın tamamilə yenilənməsi, müasir avadanlıqlarla təchiz olunması ilə yanaşı, buranın sakinləri olan körpələr Heydər Əliyev Fondunun daimi qayğısı ilə əhatə edilib.

AZƏRTAC
 

yuxarı ⤴