1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Metodika
Yeni pedaqoji təfəkkürün tələb etdiyi kimi
07.05.2016/№17

 


Bədirnisə QULİYEVA,
Bakı şəhəri 102 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil” fikri ölkəmizdə yaşayan bütün ixtisas sahibləri kimi müəllimlərin də fəaliyyətini istiqamətləndirir.
İnformasiya-kommunikasiya texnologiyalarının təlim prosesində səmərəli istifadəsi, yeni təlim metodlarının tətbiqi bu gün uğurla həyata keçirilir. Tədris prosesində iştirak edən hər bir müəllimə kurikulum islahatının mahiyyəti tam aydındır.
Müasir zamanda İKT-dən istifadə təhsildə yeni metodların tətbiqi zərurətini meydana çıxarır. Bu baxımdan ibtidai təhsil səviyyəsində şagirdin “mühiti”nin texnologiya mühitinə uyğunlaşdırılması və bu istiqamətdə yeni metodların araşdırılması qarşımızda duran əsas məsələlərdən biridir. Mən də dərslərimdə innovativ metodlardan, elektron resurslardan geniş istifadə edirəm.
İstedadlı və qabiliyyətli şagirdləri aşkara çıxarmaq üçün ilk növbədə onların idrak fəaliyyətlərinin xüsusiyyətlərini, inkişaf səviyyəsini öyrənirəm. Şagirdin fikrinin dərs prosesində düzgün paylanması qavramada böyük rol oynayır.
Hər bir mövzunu keçərkən onun tərbiyəvi əhəmiyyətini də nəzərə alır və şagirdləri milli-mənəvi dəyərlər ruhunda tərbiyə edirəm. Şagirdin məntiqi təfəkkürünü inkişaf etdirmək üçün bir çox düşündürücü çalışmalardan istifadə edirəm.
Mən dərsdə diqqətimi ən çox şagirdlərin bilikləri müstəqil şəkildə qazanmasına yönəldirəm. Bu, onlarda yaradıcılıq və müstəqillik kimi keyfiyyətlərin formalaşmasına kömək edir.
Bu gün hər bir müəllim üzərinə düşən məsuliyyəti dərk etməli və təhsil sistemindəki yenilikləri qəbul edərək dərslərini fəal təlim şəraitində qurmalı, müxtəlif iş forması və üsullarından səmərəli istifadə etməlidir.
Mən də bu amilləri nəzərə alaraq şagirdlərin dünyagörüşünü artıran, maraq dairələrini genişləndirən məntiqi oyunlar, testlər hazırlamaqla onların idrak fəaliyyətini inkişaf etdirməyə çalışıram.
Mən öz peşəmi çox sevirəm. Lakin onu da bilirəm ki, müəllim təkcə peşəsini mükəmməl bilməklə kifayətlənməməlidir. O, hər bir şagirdə öz övladı kimi doğma münasibət bəsləməli və onların psixologiyasını dərindən bilməlidir. Şagird və müəllim arasında səmimi münasibət qurulmalıdır. Belə olduqda şagird müəllimə inanır, onu sevir və dərslərində böyük həvəslə iştirak edir.
Ulu öndər Heydər Əliyevin təhsillə bağlı söylədiyi aşağıdakı kəlam biz müəllimlərə həyat devizi olmalıdır: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşməlidir”.
 

yuxarı ⤴