1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Yasamal rayonu üzrə mərhələ yarışı keçirilib
07.05.2016/№17

 


Mayın 3-də 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin zalında Ümumdünya Şahmat Olimpiadasının təbliğinə həsr edilmiş ümumtəhsil məktəblərinin komandaları arasında respublika şahmat turnirinin Yasamal rayonu üzrə mərhələ yarışı keçirilib. Yarışda 14 komanda tərkibində 56 nəfər iştirak edib. Komandanın tərkibi 4 nəfərdən -1 müəllim, 1 valideyn, VIII və aşağı siniflərdə oxuyan 1 nəfər qız və 1 nəfər oğlan şagirddən ibarətdir.
Yarışlar olimpiya sistemi üzrə keçirilib. Tədbirin rəsmi açılış mərasimində turnirin təşkilat komitəsinin sədri, 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator - kuratoru Salman Əbdülov və yarışların baş hakimi, 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbinin direktoru Elvin Hüseynov iştirakçıları salamlayıb, çoxmərhələli keçiriləcək yarış haqqında geniş məlumat verib, onlara müvəffəqiyyətlər arzulayıblar.
Yekun nəticələrə əsasən I yeri fizika-riyaziyyat və informatika təmayüllü liseyin (Məhəmməd Kərimov, Fəzail Məmmədov, Zamiq Cəfərzadə, Səbinə Muradzadə) komandası, II yeri 13 nömrəli tam orta məktəbin (Əfruz Hacıyeva, Natiq Əsədov, Nicat Mustafayev, Nigar Allahverdiyeva ) komandası, III yeri isə 18 nömrəli tam orta məktəbin (Ənvər Səfərov, Vaqif Əzizov, Kamal Abdullayev, Aydan Mustafazadə) komandası tutublar.
Turnirin qalibi fizika-riyaziyyat və informatika təmayüllü liseyin komandası may ayında keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴