1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Məktəb bağları” layihəsi başa çatıb
12.05.2017 / No17

 
 

 

 


IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi başa çatıb.
Layihənin yekunu olaraq Təhsil Nazirliyinin tabeliyində olan Kimya-biologiya təmayüllü Respublika Liseyində və A.S.Makarenko adına Respublika Humanitar Fənlər təmayüllü Gimnaziyada ağac əkilib.
Qeyd edək ki, “Məktəb bağları” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Layihənin ilk aksiyası zamanı Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri 234 nömrəli tam orta məktəbdə şagirdlərlə birgə 100 ədəd badam, nar və gavalı ağacları əkilib.
“Məktəb bağları” layihəsi çərçivəsində respublikanın 54 rayon və şəhərinin 270 ümumtəhsil məktəbində pedaqoji kollektivin iştirakı ilə meyvə ağacları əkilib.
Layihə çərçivəsində hər bir rayonun iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağacları əkilib.
Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.
Ekoloji təhsil və maarifləndirmə işlərini fəaliyyətində prioritet edən IDEA İctimai Birliyi gənc nəsli təbiətin mühafizəsi üzrə səylərə cəlb etmək, təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların ətraf mühitlə bağlı biliklərinin artırılmasına müsbət təsir göstərmək məqsədilə Təhsil Nazirliyi ilə birgə artıq bir sıra layihələr həyata keçirib.
Layihənin yekun tədbirində Təhsil Nazirliyinin “BİR” Tələbə Könüllüləri də fəal iştirak ediblər.

yuxarı ⤴