1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Rəsmi xronika
12.05.2017 / No17

 
 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

* Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

* Mayın 11-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

* Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Pirallahı rayonunda yeni körpünün və Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışlarında iştirak edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Nəriman Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.

* Prezident İlham Əliyev mayın 10-da ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib.

* Prezident İlham Əliyev mayın 10-da Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Koreya Respublikasının Prezidenti Mun Ce-inə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.

* Mayın 9-da Prezident İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 8-də BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev mayın 8-də Fransa Respublikasının yeni seçilmiş Prezidenti Emmanuel Makrona təbrik məktubu göndərib.

* Mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyev tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyeva ilə vida mərasimində iştirak edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

yuxarı ⤴