1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





II İngilis dili Olimpiadası başa çatıb
12.05.2017 / No17

 
 
 

 

 


“ADA” Universiteti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən II İngilis dili Olimpiadasının nəticələri məlum olub.
Mayın 8-də “ADA” Universitetində mükafatlandırma mərasimi keçirilib.
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində təhsil alan 1132 şagirdin iştirak etdiyi olimpiadanın final turunda 108 şagird mübarizə aparıb. Olimpiada zamanı şagirdlərin ingilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama, dinləmə və esse yazma qabiliyyətləri yoxlanılıb.
Olimpiadanın qalibi olmuş paytaxtdakı 212 nömrəli tam orta məktəbin şagirdi Fikrət Əmirbəyli Böyük Britaniyada yay kursunda ödənişsiz iştirak haqqı qazanıb.
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək, istedadlı şagirdləri aşkar etmək və onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirməkdən ibarətdir.
 

yuxarı ⤴