1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Məktəb rəhbərləri üçün təlim kursu
12.05.2017 / No17

 
 
 

 

 


Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkisafi İnstitutunda “Məktəb idarəçiliyi proqramı” adlı təlim kursu keçirilir.
Təlim kursunun əsas məqsədi məktəb direktorlarına qabaqcıl təhsil sistemi və effektiv məktəb idarəetməsi haqqında məlumat vermək, onların liderlik potensialını inkişaf etdirməkdir.
Təlim kursu xüsusi dəvət olunmuş Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi Cumaat Bin Masdavud tərəfindən keçirilir. Kurs çərçivəsində liderlik, vaxtın idarəolunması, ünsiyyət bacarıqlarının inkişafı və digər mövzularda interaktiv sessiyalar da təşkil olunur.
Təlim kursunda iştirak etmək məqsədilə 28 nəfər məktəb direktoru seçilib.
Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.
 

yuxarı ⤴