1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





AzTU-da distant təhsil üzrə texnoloji platforma hazırlanır
12.05.2017 / No17

 
 
 

 

 


Azərbaycan Texniki Universitetində (AzTU) Erasmus+ layihəsi üzrə İtaliyanın Uninetuno Telematuka Universiteti ilə layihənin Azərbaycandan olan tərəfdaş universitetləri arasında skayp konfrans keçirilib.
Erasmus+ layihəsinin Azərbaycandan olan tərəfdaş universitetləri-Azərbaycan Texniki Universiteti (Erasmus+ layihəsinin regional koordinatoru), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Turizm və Menecment Universitetinin hər birindən 2 tyutor və 2 texniki işçinin qatıldığı skayp konfransda görülən işlər müzakirə olunub.
Konfransda layihənin regional koordinatoru, professor Həsən Hüseynov bildirib ki, Azərbaycanda distant təhsillə bağlı artıq xeyli məsələ həll olunmaq üzrədi. Qeyd olunub ki, Uninetuno Telematuka Universiteti ilə Texniki Universitet arasında AzTU-nun nəzdində Distant Təhsil Mərkəzinin yaradılması ilə bağlı memorandum imzalanıb. Bundan əlavə, layihənin Azərbaycandakı tərəfdaş universitetlərindən olan tyutor və texniki işçilərindən ibarət qrupun Uninetuno Telematuka Universitetinə bu ilin iyul ayında təcrübəyə göndərilməsi də nəzərdə tutulub.
 

yuxarı ⤴