1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Ufa Dövlət Neft Texniki Universitetinin rektoru ADNSU-da olub
12.05.2017 / No17

 
 
 

 

 


Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru Ramil Baxtizinlə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Qonağı universitetdə görməkdən məmnun olduğunu bildirən ADNSU-nun rektoru, professor M.Babanlı bir vaxtlar aspirant kimi elmi fəaliyyətlə məşğul olduğu universitet üçün R.Baxtizinin hər zaman fəxri qonaq hesab olunduğunu qeyd edib. Rektor deyib: “Burada ali təhsil aldığınız və elmi fəaliyyətlə məşğul olduğunuz üçün ADNSU sizə doğmadır. Bizim ali təhsildə əməkdaşlığımız da qürurvericidir. Əminəm ki, bundan sonra da universitetlərimiz arasındakı tərəfdaşlıq yüksələn xətlə inkişaf edəcək və əlaqələrimiz daha da genişlənəcək”.
Ufa Dövlət Neft Texniki Universitetinin rektoru R.Baxtizin 30 ildən çox müddət keçməsinə baxmayaraq yenidən doğma ali təhsil ocağında eyni hissləri yaşadığını bildirib. Bakının və ADNSU-nun onun həyatında olduqca mühüm rolu olduğunu qeyd edən rektor Azərbaycanın həm də onun ikinci vətəni olduğunu diqqətə çatdırıb.
Azərbaycanın görkəmli alimi, texniki elmlər doktoru Azad Mirzəcanzadənin UDNTU-da fəaliyyəti haqqında danışan rektor R.Baxtizin onunla bağlı xatirələrini bölüşüb, akademikin bu ali təhsil müəssisəsində professor yoldaşları ilə çəkilmiş fotoları nümayiş olunub.
Daha sonra UDNTU-nun fəaliyyəti barədə məlumat verən rektor ötən semestr təhsillərini Ufada davam etdirən tələbələrin imtahanlarda göstərdikləri yüksək nəticələrdən danışıb, iki ali təhsil müəssisəsi arasında tələbə mübadiləsi sahəsindəki əməkdaşlığa yüksək önəm verildiyini qeyd edib.
Tədbirin sonunda qonağa universitet adından xatirə hədiyyəsi təqdim edilib.

yuxarı ⤴