1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





NDU-nun müəllimləri Türkiyə Universitetində mühazirə oxuyublar
12.05.2017 / No17

 
 
 

 

 


Erasmus+ Beynəlxalq mobillik layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin 10 nəfərlik müəllim və işçi heyəti Türkiyə Cümhuriyyətinin Çankırı şəhərində yerləşən Çankırı Karatekin Universitetində olub. Səfərin ilk günü qonaqlar Çankırı şəhərinin tarixi-mədəni abidələri, gəzməli-görməli yerləri və Çankırı Karatekin Universiteti ilə tanış olublar. Növbəti gün dərs və treninqlərə start verilib. Qeyd edək ki, dərslər və treninqlər elmin müxtəlif sahələrini əhatə edib. Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinin müdiri, dosent Rafiq Rəhimovun və dosent Elçin Zamanovun dərsləri böyük maraqla qarşılanıb. Elçin Zamanov XX əsrin əvvəllərində Türkiyə -Azərbaycan cumhuriyyəti tarixi və hər iki dövlətin ortaq tarixi dövrlərindən bəhs edən mühazirələr oxuyub.
İncəsənət fakültəsinin tədris işləri üzrə dekan müavini Mobil Hacıyev Azərbaycan bəstəkarlıq məktəbinin yaranması və inkişafı tarixi, Azərbaycan muğamları, xalq mahnıları və rəqsləri mövzularında mühazirələr deyib, musiqilər ifa edib.
İqtisad fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Əşrəf Ələkbərovun iqtisadiyyat və onun cəmiyyət həyatındakı rolu, bazar və bazar infrastrukturu, sovet dönəmində Azərbaycan iqtisadiyyatı, müstəqillikdən sonra Azərbaycan iqtisadiyyatı, təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, dosent Şəmil Mahmudovun kimyəvi rabitə və onun növləri, kvant ədədləri və onun növləri, Sexiometrik qanunlar, elektronların kvant xanalarının doldurulması qaydası mövzularında mühazirələri dinlənilib.
İngilis dili və metodika kafedrasının müəllimi Cavid Babayev sayıla bilən və sayıla bilməyən isimlər, sifət və onun dərəcələri mövzularında dərslər keçib.
Treninqlərdə həmçinin bədən tərbiyəsi və idman kafedrasının müəllimi Nicat Allahverdiyevin idman zallarının yarışlara hazırlanması, yarışların təşkili, Universitet Televiziyasının əməkdaşı Aqşin Məhərrəmovun videoçəkiliş və montaj mövzularında dərsləri dinlənilib. NDU-nun müəllimləri Şahin Əliyev və Anar Tarverdiyev Çankırı Karatekin Universitetinin tələbələrlə iş üzrə şöbəsində olaraq tələbə qəbulu qaydaları, qeydiyyat və sənədləşmə prosesi haqqında məlumat toplayıblar.
Layihə çərçivəsində keçirilən görüşlərdə Naxçıvan Dövlət Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Düşənbə şəhərindəki filialının və Sudan Alzaim Alazhari Universitetinin nümayəndələri təmsil etdikləri ali təhsil ocaqları barədə videoçarx vasitəsilə ətraflı məlumat veriblər. Sonda sertifikatların təqdimatı olub.
Treninq və dərslər başa çatdıqdan sonra Çankırı Karatekin Universitetinin rektoru, professor Həsən Ayrancı layihə iştirakçıları ilə görüşüb. Rektor Həsən Ayrancı Erasmus+ layihəsinə ev sahibliyi etməkdən şad olduğunu deyərək bu kimi layihələrin dünya universitetleri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Qonaqlar Çankırı Karatekin Universitetinin rektoru, professor Həsən Ayrancıya öz yerli mədəniyyətlərinin izlərini daşıyan xatirə hədiyyələri təqdim ediblər.

yuxarı ⤴