1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Xarici dillərin tədrisinin aktual problemləri” müzakirə olunub
12.05.2017 / No17

 
 
 

 

 


 Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin yaranmasının 80 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı işə başlayıb. İki gün davam edəcək konfransın plenar iclasında çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev konfransın xarici dillərin tədrisi kimi önəmli bir məsələyə həsr olunduğunu bildirib və onun əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun illik hesabatından sitat gətirərək müasir dövrdə iş tapmaq üçün öz ixtisasını dərindən bilmək, informasiya texnologiyalarından istifadə etmək və ən az iki xarici dil bilmək kimi vacib komponentləri diqqətə çatdırıb. “Dil bilmək insana bir çox sahələrdə kömək edir”-deyən Ə.Abdullayev müasir dövrdə dil öyrənmənin forma və metodlarının dəyişməsindən söz açıb. O, ADU-nun Azərbaycanda ənənəvi dil sahəsində ilk müəllim hazırlayan ali təhsil müəssisəsi olduğunu ön plana çəkib və universitetin tələbələrinin bir çox xüsusiyyətlərinə görə digər ali məktəb tələbələrindən fərqləndiyini bildirib. Konfransın əsas məqsədinin qloballaşma dövrü prizmasından dil tədrisinin aktual məsələlərinin müzakirə edilməsi olduğunu söyləyən Ə.Abdullayev hər il bu konfransı təşkil edərkən xarici dilin necə tədris edilməsi və tələbələrə nəyin təlqin olunması kimi məsələlər haqqında müzakirələr aparıldığını və bunun müxtəlif formalarda ən optimal variantlarının axtarıldığını vurğulayıb.
Plenar iclasda ADU-nun Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli “Dilöyrətmədə anlam konsepsiyası”, universitetin müəllimi Aytən Kazımova isə “Qeyri-ixtisas fakültələrində “İşgüzar ingilis dili”nin tədrisində İKT-dən istifadə qaydaları” mövzusunda məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, “Xarici dillərin tədrisi və İKT”, “Xarici dillərin tədrisi və kommunikativ səriştəlilik”, “Müasir linqvistik paradiqmlər və xarici dillərin tədrisi”, “Təlim materialının mənimsənilməsi psixolinqvistik problem kimi” adlı 4 bölmədə keçirilən konfransda ümumilikdə 197 məruzə dinləniləcək. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirəcək. Konfransın yekununda isə bölmə rəhbərlərinin hesabatları dinləniləcək və yekun sənəd qəbul olunacaq.
 

yuxarı ⤴