1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





SABAH tələbələri qalib oldular
12.05.2017 / No17

 
 
 

 

 


“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Seedstars World” müsabiqəsinin qalibi bəlli olub.
“PAŞA Bank” və ABŞ səfirliyinin dəstəyi ilə “ADA” Universitetində azərbaycanlı startaplar arasında “Seedstars World” müsabiqəsinin yerli seçimləri baş tutub. Azərbaycanın 10 ən yaxşı startapının mübarizə apardığı müsabiqədə Baramanın “Wake me up” layihəsi qalib gəlib. Layihənin iştirakçıları SABAH qruplarının tələbələridir. Yerli seçim mərhələsində 2-ci və 3-cü yerin qalibləri “TechSos” və “Buglance” komandaları olub.
“Wake me up” 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək “Seedstars” Sammitində ölkəni təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.
“Azercell Telekom” MMC Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin “Seedstars” şirkəti ilə tərəfdaşlıq edir.
 

yuxarı ⤴