1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rəsm, inşa, şeir müsabiqəsi
12.05.2017 / No17

 
 
 

 

 


Alimə BABAYEVA

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Salyan rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm, inşa və şeir müsabiqəsi keçirilib. XX əsrin ən böyük şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin ömür yolu və zəngin ictimai, siyasi, dövlətçilik fəaliyyəti ölkəmizin bütün vətəndaşları, xüsusilə də gənclər üçün əsl həyat məktəbi, vətənə, xalqa, dövlətçilik ideyalarına sədaqət və məhəbbətin parlaq nümunəsidir.
Şeir müsabiqəsinin mövzusu “Heydər Əliyev və müstəqil Azərbaycan”, rəsm müsabiqəsinin mövzusu isə “Çiçəklənən Azərbaycan” olub. İnşalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gəncləri ümummilli lider Heydər Əliyev nümunəsində tərbiyə etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaq, onların bilik səviyyəsinin, istedadlarının aşkar edilməsi və asudə vaxtlarının səmərəli təşkilidir.
 

yuxarı ⤴