1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Azərbaycan tarixində parlayan günəş” adlı tədbir keçirilib
12.05.2017 / No17

 
 

 

 


Sifai SƏFƏROVA

Mayın 10-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan tarixində parlayan günəş” adlı tədbir keçirilib. İlk öncə Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra tədbirin təşkilatçısı Mehparə Həbibli giriş sözü söyləyib və meydanı uşaqlara verib.
Şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib və kompozisiya nümayiş etdirilib. Üçüncülərdən Türkan, Nəzrin, Fərhad, Mələk, Mehriban, Fidan, Əhməd, İlkin, Abbas, Fizuli, Nigar, Elcan, Orxan, Sadiq və başqalarının çıxışları hamını kövrəldib. Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan ulu öndər Heydər Əliyev haqqında balaca fidanların dilindən səslənən ümummilli liderə məhəbbət dolu fikirlər hamıda qürur hissi yaradıb. Onlar bildiriblər ki, bu torpaq Heydər Əliyev kimi şəxsiyyət yetişdirib. Əməli işləri ilə o, Azərbaycanın layiqli adını, millətin şərəf və ləyaqətini özünə qaytararaq öz mənalı ömrünü qızıl hərflərlə nəsillərin yaddaşına həkk etdirib. Hər bir xalqın tarixində elə parlaq, taleyüklü hadisələr var ki, nəinki aylar, illər, hətta bir neçə onilliklər, yüzilliklər keçdikdən sonra da o hadisələr unudulmur və xalqın yaddaşında, tarixində ən şərəfli, ən müqəddəs məqam kimi əbədiləşir. Xalqımız üçün, dövlətimizin taleyi üçün ağır məqamda dünya şöhrətli siyasətçi, uzun illər dövlət idarəçiliyində zəngin təcrübə toplayan Heydər Əliyevin öz xilaskarlıq missiyasını yerinə yetirərək xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı tarixin məhz bu cür məqamlarındandır. Dahi şəxsiyyət 1993-cü ildə Azərbaycanda xaos və anarxiyaya son qoydu, vətəndaş müharibəsinin qarşısını aldı və ölkədə sabitliyi bərpa etdi. Məhz ulu öndərin siyasi iradəsi və qətiyyəti sayəsində xalq rahat və firavan həyata qədəm qoydu, dövlət müstəqilliyimiz və suverenliyimiz məhv olmaq təhlükəsindən qurtuldu.
Məktəbin direktor əvəzi Yaqut Məmmədova çıxışında bu önəmli tədbirin mahiyyətindən bəhs etdi. Bildirildi ki, ulu öndər öz xilaskarlıq missiyasını layiqincə yerinə yetirdi və həmin siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Direktor daha sonra söylədi ki, ümummilli lider dövlət quruculuğu, xarici siyasət, iqtisadiyyatın inkişafı kimi ən zəruri məsələlərdən tutmuş, elm, mədəniyyət, təhsil, idman kimi sahələrin inkişafına, gənclərin və veteranların, əlillərin, məcburi köçkünlərin, uşaqların -bir sözlə, cəmiyyətin bütün sahələri və bütün təbəqələrinin problemlərinə eyni həssaslıq, eyni diqqətlə yanaşıb.
 

yuxarı ⤴