1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ISESCO-nun baş direktoru Bakı Ali Neft Məktəbində
12.05.2017 / No17

 
 
 

 

 


İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) prezidenti Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin yeni kampusunun qonağı olub. Görüşdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər. ISESCO-nun baş direktoru ali məktəbin kampusunda yaradılan şəraitlə tanış olub. BANM-in şəhərciyi haqqında qonağa ətraflı məlumat verən ali məktəbin rektoru Elmar Qasımov bildirib ki, şəhərcik ən müasir tələblərə cavab verir.
Rektor vurğulayıb ki, BANM tədrisin keyfiyyətini yüksəltmək və mütəxəssis hazırlığı sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir. Bu məqsədlə bir çox ölkələrin müvafiq qurumları və iri şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb. Onların sırasında İslam Dünyası Universitetləri Federasiyasının adı da var. Ali məktəbin rektoru ölkəmizdəki mövcud tolerant mühit barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, bu gün Azərbaycanda dinlərarası münasibətlərdə tolerantlığın ən yüksək səviyyəsi mövcuddur.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri dəvət üçün minnətdarlığını bildirərək, Azərbaycanda təhsilə dövlət qayğısından məmnunluğunu ifadə edib. Qeyd edib ki, ali təhsil müəssisəsi təkcə müasir korpus və yeni avadanlıqlardan ibarət deyil, burada hər şeydən əvvəl pedaqoji və elmi mütəxəssisləri ilə fərqlənmək lazımdır. Bu baxımdan BANM Azərbaycanın ən yaxşı professor və alim heyətinə malik olduğuna görə fəxr edə bilər.
“Biz İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını ali məktəbin yeni kampusunda keçirəcəyimizə dair rektor Elmar Qasımovla razılığa gəldik”, - deyə Əbdüləziz bin Osman əl-Tüveycri bildirib. ISESCO-nun baş direktoru vurğulayıb ki, İslam ölkələrini təmsil edən tələbələrə BANM-də tədrisə cəlb olunmaları üçün dəstək göstərəcək.
 

yuxarı ⤴