1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Xəzər Universitetində Jan Monne konfransı
12.05.2017 / No17

 
 
 

 

 


Niyazi RƏHİMOV

Mayın 10-da Xəzər Universitetində bu ali təhsil ocağının siyasi elm və beynəlxalq münasibətlər kafedrası və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Günü ərəfəsində Avropa Birliyi və Azərbaycan münasibətlərinə həsr olunmuş “Jan Monne” adlı konfransı keçirildi.
Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra konfransı giriş sözü ilə açan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı tədbir iştirakçılarını salamladı və universitetin beynəlxalq əməkdaşlığı haqqında danışdı. Avropa Birliyi və digər təşkilatlarla universitet arasındakı əməkdaşlığın və münasibətlərin önəmini vurğuladı.
Konfransda çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayındakı Brüssel səfərindən sonra Avropa Birliyi ilə Azərbaycanın ikitərəfli münasibətlərində irəliləyişin baş verdiyini və Yeni Hərtərəfli Saziş üzrə danışıqlar aparılacağını söylədi.
Tədbirdə Xarici İşlər Nazirliyinin Avropa Birliyi üzrə əməkdaşlıq şöbəsinin müdiri Orxan Zeynalov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova çıxış edərək Avropa Birliyi ilə ikitərəfli əməkdaşlığın əhəmiyyətindən danışdılar.
Sonra universitetin siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, Jan Monne Kürsüsü mükafatı laureatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Avropa inteqrasiyasını əhatə edən fənlər və elmi işlər barədə iştirakçıları məlumatlandırdı.
Konfransdan sonra politologiya, beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə Trans Adriatik Boru Xətti üzrə əməkdaşlığın müzakirə edildiyi “Avropa Birliyinin Nazirlər Şurasının simulyasiyası” təşkil olundu.
 

yuxarı ⤴