1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Yanar həyatın işığında”
12.05.2017 / No17

 
 

 

 


Niyazi RƏHİMOV

Mayın 11-də Abşeron rayonunun Müşfiq qəsəbəsində yerləşən Füzuli rayon 50 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Yanar həyatın işığında” adlı kimya gecəsi keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Füzuli Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, KİV nümayəndələri və valideynlər iştirak edirdilər.
Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Kazımova xalqımızın müdrik oğlu, dahi şəxsiyyət Heydər Əliyev haqqında söz açdı, ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev daim təhsilə, təhsil işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. G.Kazımova diqqətə çatdırdı ki, 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı.
Sonra tədbirin aparıcısı Fizzə Əliyeva məktəbin yuxarı sinif şagirdlərini səhnəyə dəvət etdi. Şagirdlər kimya elminin əhəmiyyətini, müasir dünyamızda nə qədər vacib olduğunu öz çıxışlarında bildirdilər. Azərbaycanın tanınmış kimyaçı alimləri haqqında iştirakçılara ətraflı məlumatlar verildi. Dünya şöhrətli alim Yusif Məmmədəliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Bir-birindən maraqlı səhnəciklər, şagirdlərin ifasındakı musiqilər iştirakçılarda xoş ovqat yaratdı. Kimya müəllimi Münəvvər Əzimova, şagirdlərdən Ayşən Əliyeva, Günel Məmmədli və Günel Bədirovanın apardığı kimyəvi təcrübələr maraqla izlənildi.


 

yuxarı ⤴