1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Sən elə bir zirvəsən...” adlı ədəbi-bədii gecə
12.05.2017 / No17

 
 
 

 

 


Şakir CƏFƏROV

Bakıdakı Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən...” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, KİV əməkdaşları, valideynlər və başqa qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Zemfira Məsiyeva açaraq qonaqları salamladı. Dövlət himni səsləndirildi. Azərbaycanın vətənpərvər oğlu Ramil Səfərova söz verildi. Qonaq ulu öndərin doğum günündə məktəblilərlə görüşündən məmnun olduğunu bildirdi. Sonra Azərbaycanın müstəqillik qazanmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açdı.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və başqaları da çıxış etdilər.
Məktəblilərin ifasında ulu öndərin həyat və fəaliyyətini tərənnüm edən şeirlər söylənildi, mahnılar oxundu və ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Sonda tədbir iştirakçıları Ramil Səfərovla xatirə şəkli çəkdirdilər.

yuxarı ⤴