1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Amerikalı təhsil eksperti təlimlər keçirir
12.05.2017 / No17

 
 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “İngilis dili mütəxəssisi” layihəsinə start verilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd xarici dilin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər əsasında müəllimlərə müvafiq dəstəyin göstərilməsi və beynəlxalq təcrübənin yerli arenada tətbiqi sahəsində müəllimlərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdan ibarətdir.
Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Amerikanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Layihə çərçivəsində amerikalı təhsil eksperti Rey Roberts mütəmadi olaraq ümumi təhsil məktəblərində fəaliyyət göstərən ingilis dili müəllimlərinə, eləcə də Təlimə Dəstək Mərkəzinin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən mentorlarına “Sinfin idarə olunması” komponenti üzrə təlimlər keçirir.
Təhsil eksperti eyni zamanda bir neçə ümumi təhsil məktəbində dil dərslərini müşahidə edir və dərslərin yekununda müəllimlərə inkişafetdirici rəy verir.
 

yuxarı ⤴