1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Mirzə Ələkbər Sabirin 155 illik yubileyi qeyd edilib
12.05.2017 / No17

 
 
 

 

 


Göygöl rayon Quşqara kənd tam orta məktəbində Mirzə Ələkbər Sabirin 155 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə ədəbiyyat fənninə marağın artırılması, onlarda bədii qiraət bacarıqlarının təkmilləşdirilməsi olub.
Dövlət himni səsləndirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şikar Şıxəliyev bildirib ki, Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır. "Molla Nəsrəddin" jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın aparıcı simalarından olan mütəfəkkir şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil etmişdir.
Təhsil şöbəsinin əməkdaşları və məktəb kollektivinin iştirak etdiyi tədbirdə şairin “Oxutmuram, əl çəkin”, “Əkinçi”, “Millət necə tarac olur-olsun, nə işim var”, “Bilməm nə görürdü bu oğlan oxumaqda”, “Şairlərimizə nəzirə” və digər şeirləri söylənilib və müxtəlif səhnəciklər göstərilib.

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴