1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“İslam həmrəyliyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans
12.05.2017 / No17

 
 
 

 

 


Mingəçevir Dövlət Universiteti iqtisadiyyat və idarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi münasibətilə “İslam həmrəyliyi: reallıqlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.
Mətbuat xidmətindən bildirilib ki, konfransı giriş sözü ilə iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli açaraq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təminatçısı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. O əlavə edib ki, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin ən böyük amalı və məqsədi dövlətimizin müstəqilliyinin daimi, insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin bərqərar olması idi.
N.Qədimli onu da əlavə edib ki, möhtərəm Prezidentimiz İlham Əliyev də dövlət-din münasibətlərində yaranmış ənənəni bu gün uğurla davam etdirir.
Sonra məruzələr təqdim olunub. MDU-nun tələbələri Elçin Ağamirzəyev “Azərbaycanda islam həmrəyliyinin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu”, Murad Nağıyev “Prezident İlham Əliyevin islam həmrəyliyinin möhkəmləndirilməsində möhtəşəm fəaliyyəti və onun mütərəqqi nəticələri” və digər tələbələrin müxtəlif mövzularda məruzələri dinlənilib.
Natiqlər bildiriblər ki, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
 

yuxarı ⤴