1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ATU-nun təşəbbüsü ilə Ağstafa məktəbliləri üçün fənn olimpiadası keçirilib
12.05.2017 / No17

 
 
 

 

 


Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə Ağstafada rayon məktəbliləri üçün fənn olimpiadası keçirilib. Olimpiadada rayonun ümumtəhsil məktəblərindən 138 nəfər şagirdin 3 fənn üzrə bilikləri yoxlanılıb. Bir saat davam edən bilik yarışında şagirdlər riyaziyyat, fizika və kimya fənləri üzrə 3 sualı cavablandırıblar. Olimpiadadan sonra şagirdlər universitet tərəfindən təşkil olunan sərgi ilə tanış olublar.
Əvvəlcə ATU-nun tədris şöbəsinin müdiri Piri Axundov şagirdlərə universitet haqqında geniş məlumat verib. O, gələcəyin tələbələrinə ATU-da ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən mühəndislik ixtisaslarının vacibliyi və perspektivləri barədə danışıb.
Sonra rayon məktəbliləri sərgidə ATU-nun professor-müəllim heyətinin üzvləri tərəfindən aparılan təcrübələrlə, təbliğat materialları və tələbələrin əl işləri ilə tanış olublar. Universitetin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verilib.
Sonda ATU-nun incəsənət dərnəklərinin üzvü olan tələbələr tərəfindən sərgi iştirakçıları üçün konsert proqramı təşkil edilib.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴