1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Şuşasız 25 il”
12.05.2017 / No17

 
 
 

 

 


Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Şuşa şəhərinin işğal olunmasının 25-ci ildönümünə həsr olunmuş “Şuşasız 25 il” adlı tədbir keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.
Tədbir Dövlər himninin səslənməsi ilə başlayıb. Sonra Şuşanın işğalı zamanı həlak olan insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən məktəbin direktoru Ədalət Camalova erməni vandallarının xalqımızın başına gətirdikləri tarixi müsibətlərdən bəhs edərək Şuşa şəhərinin ermənilər tərəfindən darmadağın edildiyini, tarixi abidələrin məhv olduğunu bildirib. Qeyd edilib ki, dövlət başçısı İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı siyasət sayəsində təkcə Şuşa şəhəri deyil, digər işğal altında olan torpaqlar da qısa müddətdə azad ediləcək və elindən-obasından didərgin düşən məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
Daha sonra tədbir iştirakçılarına Şuşa şəhəri haqqında videoçarx göstərilib. Şagirdlər vətənpərvərlik ruhunda şeir söyləyib, mahnı oxuyublar.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴