1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Milli-mənəvi dəyərlər tariximizin yadigarıdır”
12.05.2017 / No17

 
 
 

 

 


Qax şəhər 2 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq “Milli-mənəvi dəyərlər tariximizin yadigarıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəb-liseyin şagird və müəllim kollektivi iştirak edib.
Şagirdlər tərəfindən milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, milli geyimlərimiz, musiqimizlə bağlı maraqlı məlumatlar səsləndirilib, səhnəciklər nümayiş etdirilib.
Tədbirin sonunda məktəb-liseyin direktoru Şəkər Abdullayeva çıxış edərək bildirib ki, milli adət-ənənələr, onun əsasında formalaşdırılan dəyərlərdə biz öz mənəvi simamızı göstəririk. Bizim adət-ənənələrimiz keçmişimizlə bu günümüz arasında ən etibarlı körpüdür. Hər bir Azərbaycan vətəndaşı milli-mənəvi dəyərlərimizi qoruyaraq ulularımızın dəyərli mirasının gələcək nəsillərə çatdırılması uğrunda mübarizə aparmalıdır.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴