1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Şahmat festivalının rayon mərhələsi başa çatıb
12.05.2017 / No17

 
 
 

 

 


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Samux Rayon Təhsil Şöbəsinin tabeliyində şahmat fənni tədris edilən 7 ümumi təhsil məktəbində təhsil alan şagirdlərin iştirakı ilə şahmat yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd “şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalında iştirak edəcək komandanın tərkibini müəyyənləşdirməkdir.
Yarış şahmat fənni tədris olunan 7 təhsil müəssisəsinin (şəhər 1 nömrəli məktəb-lisey, şəhər 2 nömrəli tam orta məktəb, şəhər 3 nömrəli tam orta məktəb, Qarayeri 1 nömrəli məktəb-lisey, Sərkar kənd tam orta məktəbi və Poylu kənd tam orta məktəbi) II-IV sinif şagirdləri arasında keçirilib. Swiss-manager püşkatma proqramı vasitəsi ilə dairəvi komanda şəklində keçirilmiş yarışda 7 məktəb üzrə 42 şagird iştirak edib.
Yarışın sonunda Samux şəhər 3 nömrəli tam orta məktəbi 1, şəhər 2 nömrəli tam orta məktəbi 2 və şəhər 1 nömrəli məktəb-liseyin şagirdləri 3-cü yerə layiq görülərək RTŞ-ın müdiri Gülağa Hüseynov tərəfindən kubok və diplomlarla təltif olunublar.

Nurəddin BABAYEV,
Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴