1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Layihələrin reallaşdırılması üzrə təlim keçirilib
12.05.2017 / No17

 
 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllim layihələrin reallaşdırılması üzrə təlimdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsində ümumi təhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin daha fəal iştirakı üçün keçirilən təlimə təşkilati qabiliyyəti yüksək olan 40 müəllim cəlb olunub. Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının peşəkar təlimçiləri tərəfindən keçirilən təlimlər zamanı müəllimlərə layihələrin yazılması və idarəolunması, büdcənin tutulması, qrant müsabiqəsinin mərhələləri və əsas şərtləri barədə geniş məlumat verilib. Layihə barədə müəllimlərin sualları cavablandırılıb, müxtəlif qrup işləri zamanı model layihələrin yazılması istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.
Bildirilib ki, X qrant müsabiqəsində iştirak etmək üçün gənclər təşkilatları və 16-29 yaş həddində olan fiziki şəxslər mayın 15-dək layihə təkliflərini təqdim edə bilər.

yuxarı ⤴