1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan Dövlət Pedaqoji Kollecində sərgi-konfrans
12.05.2017 / No17

 
 
 

 

 


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Milli Kitabxanası və BDU-nun kitabşünaslıq və nəşriyyat işi kafedrasının iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.
Konfransda Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zöhrab Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaq qismində iştirak edib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitab sərgisi ilə tanış oldular. Sonra ulu öndər Heydər Əliyevin kitabxanada 3 iyun 1995-ci il tarixli çıxışına dair qısa videofilmin nümayişi olub.
Konfransı giriş sözü ilə açıq elan edən kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov ulu öndərin həyat yolunun irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğuladı.
Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov “Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu” mövzusunda məruzə edib.
Azərbaycan Millli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda çıxış edib.
Konfransın sonunda Milli Kitabxana tərəfindən Azərbaycan Dövlət Pedaqoji Kollecinə qiymətli kitablar hədiyyə olunub.

yuxarı ⤴