1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Məktəbdə “rənglərin festivalı”
12.05.2017 / No16

 
 

 

 


Bakı şəhəri 87 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərin festivalı” adlı tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “AyArt” studiyasının birgə təşkil etdiyi tədbirdə BŞTİ-nin, Azərbaycan Rəssamlar İttifaqının, Gənclər və İdman Nazirliyinin, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, 3 nömrəli Uşaq İncəsənət Məktəbinin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Şahin İsgəndərov, məktəbin direktoru Elmira Ələkbərova, Azərbaycan Keramika Mərkəzinin rəhbəri Mirteymur Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri ulu öndərin parlaq ideyalarının şagirdlər arasında təbliğinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən söz açıblar.
Daha sonra gimnastların çıxışları, rəqs nömrələri təqdim olunub, ulu öndərə həsr olunmuş mahnı, ədəbi-bədii kompozisiya ifa edilib. Şagirdlər tərəfindən “Biz qalib olmalıyıq” adlı flashmob nümayiş olunub.
Festival iştirakçıları nümayiş etdirilən dekorativ-tətbiqi sənət növləri, qədim xalq sənəti olan dulusçuluq, keramika, xalçaçılıq, qobelen, taxta üzərində oyma və “AyArt” studiyasının üzvlərinin 100-dən çox rəsm əsəri ilə tanış olublar.
Festival S.Bəhlulzadə adına Mədəniyyət Sarayının xanəndə və müğənnilərinin çıxışları ilə yekunlaşıb.

yuxarı ⤴